Bahalı geyimləri ilə gündəmə gələn Türk müğənnisi Hadisə, sosial media səhifəsindən yeni geyimi və hər kəsin bəyəndiyi çəkmələri ilə olan fotosunu yayımlayıb.

Unikal.org  xəbər verir ki, qara libası və saçaqlı çəkmələrinə sərvət xərcləyən müğənninin, çəkmələrinə 25 min 735 TL pul ödədiyi məlum olub.

Qeyd edək ki, Kaan Yıldırımla eşq yaşayan Hadisə, Acun Ilıcalının Exxen rəqəmsal kanalında yayımlanan "O Ses Türkiye Rap" yarışmasının münsiflərindən biridir.