Ermənistanda hakim "Mənim addımım" blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts hökumət binasından çıxarkən görüntülənib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, L.Makunts hökumət binasında Paşinyanın qəbulunda olub.

Daha sonra tələsik binanı tərk edən fraksiya rəhbəri qapıda jurnalistlərin baş qərargahın bəyanatı barədə suallarını cavablamadan jurnalistlərdən qaçaraq ərazidən uzaqlaşıb.

Həmçinin parlament spikeri Ararat Mirzoyan və vitse-spiker Alen Semyonyanın Paşinyanın qəbulunda olduğu deyilir. Onlar yaranmış vəziyyətdən çıxış yollarını müzakirə edirlər.

Ermənistanda bütün dövlət orqanlarının təhlükəsizlik tədbirləri gücləndirilib. Ermənistan Polisinə İrəvanın mərkəzində güc toplamaq barədə göstəriş verilib.