Fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər (38kişi, 33 qadın)  hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə, yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

*** 09:29

Bakıda fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə, onlardan 35-i kişi, 29 qadındır. 

Xəsarət alanlardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.