Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

Unikal.org-un məlumatına görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yolların buz bağlaması səbəbindən hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir.

“Eyni zamanda sürücülər yollarda hərəkətdə olarkən sürət həddini minumuma endirsinlər, normadan artıq ara məsafəsi saxlasınlar ki, qəfil dayanmaq lazım olanda toqquşmanın qarısını almaq mümkün olsun.

Bundan başqa, tövsiyə edirik ki, belə hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar. Həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”.