"Microsoft" şirkətinin prezidenti Bred Smit ABŞ dövlət qurumlarına qarşı təşkil olunan kiberhücumlar haqqında danışıb.

Unikal.org "Novaya Qazeta"ya istinadən xəbər verir ki, B.Smit bu məsələ barədə Rusiyanın adını çəkib. O qeyd edib ki, ötən ilin dekabrında kiberhücumlarla bağlı dəlillər ortaya çıxıb.

"ABŞ Dövlət Departamenti də daxil olmaqla, ABŞ federal hökumətinin dövlət qurumları sistemlərinə edilən böyük bir kiberhücumda Rusiya kəşfiyyatının iştirakına dair dəlillər var", - deyə şirkət prezidenti bəyan edib.