ABŞ-da 30 yaşlı Angelo Quinto polis tərəfindən zorakılıqla öldürülüb. 

Unikal.org xəbər verir ki,  oğurluqda təqsirləndirilən şəxs polisdən qaçmağa çalışıb. Belə ki, o evində bir müddət saxlanılıb. Polis əməkdaşları qısa zamanda onun yerini aşkar ediblər. Polisə müqavimət göstərən amerikalı isə polis tərəfindən boğularaq öldürülüb. 

30 yaşlı Angelonanın ailəsi məhkəməyə müraciət edib. Onun polis əməkdaşı tərəfindən dizi ilə boğularaq öldüyü tibbi ekspertiza rəyində təsdiqlənib. Polis barəsində qətimkan tədbiri seçilib. Faktla bağlı  araşdırma aparılır. 

Qeyd edək ki, 2020-ci ildə  də Amerikada Corc Floyd adlı qaradərili  polis zorakılığı ilə öldürülüb. Bu hadisədən sonra ABŞ-da etirazlar baş qaldırmışdı.