Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a bildirilib ki, fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23,  Hacıqabul 20,  Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17,  Tərtər, Ağdam,  Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19,  Sumqayıt, Qum adasında 18,  Neft daşlarında 21 m/s- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb