Afrika qitəsində koronavirusdan ölənlərin sayı 102 minə yaxınlaşır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qitədə COVID-19-a yoluxanların sayı 3 865 474 nəfərə çatıb. Ölənlərin sayı 101 853 nəfərə yüksəlib.

Sağalanların sayı isə 3 407 987 nəfər təşkil edib. Qitədə ən çox yoluxma sayı CAR, Mərakeş, Tunis, Misir və Efiopiyada müşahidə olunub.