“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti son bir gündə 15 milyard dollardan çox azalıb.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, buna səbəb “Tesla” şirkətinin səhmlərinin çökməsi olub. Hazırda "Amazon"un qurucusu Ceff Bezos dünyanın ən varlı adamlarının siyahısında birinci, İlon Mask isə ikinci yerdədir.