Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan qazının Avropaya nəqli barədə danışıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu haqda Türkmənistanın XİN başçısı Reşit Meretovla Ankarada keçirdiyi ortaq mətbuat konfransında danışıb.

"Türkmənistan qazının Türkiyəyə çatdırılması və buradan Avropaya nəqli prosesində üzərimizə düşən bütün işləri görməyə hazırıq", - deyə Çavuşoğlu bəyan edib.