Gürcüstanda müxalifət qüvvələri etiraz aksiyasına başlayıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin partiyası olan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbs edilməsinə etiraz edirlər.

Polis aksiyaya müdaxilə etməsə də, təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və əlavə canlı qüvvənin aksiya keçirilən ərazilərə gətirildiyi bildirilib.