Türkiyədə  qaçaqmalçılıqla məşğul olan Qalip Öztürkün həyatı mediada səs-küyə səbəb olub.  

Unikal.org xəbər verir ki, etdiyi cinayətkarlığa görə ömürlük həbs cəzası alan Öztürkün rus həyat yoldaşı ekranlara çıxaraq yoldaşının sərbəst buraxılmasını tələb edib. Belə ki, 10 uşağa  sahiblənən qadın uşaqlara baxmaqda çətinlik çəkir. Bununla yanaşı dayəsinə hər uşağa görə 24 min avro pul ödədiyini də açıqlayıb. Qadının bu açıqlaması gündəm yaradıb.

Hazırda  Gürcüstanın Batumi şəhərində yaşayan qadın gələcəkdə maddi çətinliklər yaşayacağını  dilə gətirib. Qeyd edək ki, 23 yaşlı rus qadın Öztürklə evliliyindən bir qız uşağı var. Yardımsevərliyi ilə tanınan Qalip daha 9 körpəni himayəsinə götürərək onlara sahiblənib.