Rusiyada son sutka ərzində koronavirusa 11 823 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 189 153 nəfərə çatıb.

Rusiyada daha 417 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 84 047-ə çatıb. İndiyədək 3 739 344 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.