Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan AK Partiya qurultayı üçün İzmirə səfər edib.  

Unikal.org xəbər verir ki,  Göztepe Gürsel Aksel Stadionuna da gedən prezident  yaşıl sahəyə eniş edib.  O, yaşıl sahəsində millət vəkilləri ilə futbol oynayıb.  

Ərdoğan, həmin anları sosial şəbəkə hesabı "Twitter"dən paylaşaraq, "Dayanma, qol vurmağa davam et",- sözlərini yazıb. Bundan sonra IMM prezidenti Əkrəm İmamoğlu, prezidentin bu tvitinə "Hər vurduğunuz qol pandemiya qolu olsun",- deyə fikir bildirib. 

Belə ki, İstanbul Böyük Şəhər Bələdiyəsinin  sədri İmamoğlunun bu sözəri türk mediasında gündəmə səbəb olub.