Türkiyədə PKK terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Manisa şəhərində keçirilib.

Əməliyyat nəticəsində 3 PKK terrorçusu saxlanılıb. Hazırda daha 4 PKK-çının həbsi istiqamətində əməliyyat-axtarış tədbirləri və araşdırmalar davam etdirilir.