Kanada Çinin uyğurlara qarşı addımlarını soyqırımı kimi tanıyıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Kanada parlamentində qanun qəbul olunub. Çinin Sintszyan-Uyğur muxtar rayonunda yaşayan türk və müsəlman uyğur xalqına qarşı etdiyi cinayətlər pislənilib. Bunların uyğurlara qarşı soyqırımı olması vurğulanıb.

Qeyd edək ki, 1 milyondan çox uyğurun milli identifikasiya və mədəniyyətinin unutdurulması üçün iradələrinə zidd olaraq "peşə təlim mərkəzləri" və "siyasi maarif mərkəzləri"ndə saxlandığı, bu düşərgələrdə insanların assimilyasiya edildiyi və işgəncələr gördüyü ilə bağlı beynəlxalq hesabatlar mövcuddur. BMT-nin Çinə bu mövzuda göndərdiyi sorğuların cavabsız qaldığı və oradakı insanların taleyinin naməlum qaldığı bildirilir.