Rabitəbank müştəriləri üçün qarşıdan gələn Novruz bayramı münasibətilə sərfəli bayram kampaniyaları keçirir. Bu dəfə ənənədən bir az kənara çıxaraq müştərilər öz bayram paylarını özləri seçəcəklər.

Unikal.org xəbər verir ki, bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər Rabitəbankdan nağd pul kreditini 2% endirimlə 16%-dən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 000 AZN olacaq. 

İkinci təklif isə komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını Rabitəbank qarşılayacaq.

Bunlarla yanaşı “Bahar” və “Novruz” adlı müştəriləri də xüsusi sürpriz gözləyəcək. Kampaniya çərçivəsində adı “Bahar” və ya “Novruz” olan müştərilərə Kartmane Kredit kartı hədiyyə olunacaq!

Bayram günlərində ən çox balacaların üzü gülsün deyə Rabitəbank kampaniya müddəti çərçivəsində xeyriyyə aksiyası da keçirəcək. Bu müddət ərzində Kartmane Debet kartı alan müştərilərin ödədiyi xidmət haqqının bir qismi uşaq evlərinə “Novruz payı” göndərilməsi üçün ayrılacaq.