Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.