Bu ilin yanvarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 330 min dollara yaxın olub.

Unikal.org xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, yanvarda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 318 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 8,6 min dollar dəyərində məhsul ixrac olunub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7,8 milyon dolları ötüb.