Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

*** 20:25

Xəbər verdiyimiz kimi, dünən Bakının Xətai rayonunda 20 yaşlı Sevil Atakişiyeva özünü  20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Unikal.org xəbər verir ki, gənc qızın  intihar etməsinə səbəb ailəsi tərəfindən fiziki və psixoloji durum göstərilir.

Belə ki, sosial şəbəkələrdə Sevil Atakişiyevanın 1 il əvvəl olan yazışmaları ortaya çıxıb. Onunun təhsil almaq üçün ölkədən getmək üçün pul topladığı məlum olub. Ailəsini razı salmaq üçün o, saxta evlilik planı da qurub. Lakin bunlar baş vermədikdə Sevil intihara əl atıb. 

 Hətta o yazışmaların birində “İşdi, başıma nə gəlsə, bu mesajları nəzərə alarsınız”,- deyə ifadə edib.  

Qeyd edək ki, faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.