Sosial şəbəkədə "Ramo" serialının pərəstişkarları arasında mübahisə düşüb.

Unikal.org xəbər verir ki, son zamanlar ekran işində Devrim Özkanın səhnələrinə çox yer verilməsi Esra Bilgiçin izləyicilərini özündən çıxarıb.

Bilgiç sosial şəbəkədə nalayiq sözlər istifadə edən sevənlərindən düzgün tərzdə danışmaqlarını istəyib.

D.Özkan isə "Hörmət etməyi öyrənəcəksiniz" deyə, üsyan edib.