Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. 

Unikal.org xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatamiyə çıxıb. 

Onlardan yalnız Davud Məmmədsoy mübarizəsini medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz çempion tituluna yiyələnib.