Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki,  təltif edilənlər arasında paralimpiyaçı İlham Zəkiyev də var.  O,  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev Milli Paralimpiya Komitəsinin vitse-prezidentidir.