Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyətinin döyüş mərmiləri ilə yoxlama atışları üzrə məşğələləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.