Azərbaycanda bu gün koronavirus infeksiyasına  74 yeni yoluxma faktı qeydə alınıb,   106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada  3 nəfər “COVID-19”dan vəfat edib.