Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində fransalı Maksim Vaşye-Laqrav ilə üçüncü yer uğrunda növbəti görüşünü keçirib.

Unikal.org xəbər verir ki, 34 yaşlı şahmatçımız görüşü qələbə ilə başa vurub. Dünən fransalı rəqibinə 2,5:1,5 hesab ilə qalib gələn Teymur Rəcəbov iki oyunun nəticəsində üçüncü yerə sahib olub.

Qeyd edək ki, "Opera Euro Rapid" turnirinin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.