İndiyə qədər Azərbaycanda koronavirusa qarşı 50 minə yaxın vətəndaş peyvənd olunub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, onların əklsəriyyəti səhiyyə işçiləridir.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Vaksinasiyanın ikinci mərhələsi isə fevralın 1-dən başlanacaq. 

Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda, “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.