Seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan Yeni Azərbaycan Partiyasının 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Cavid Osmanov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Unikal.org xəbər verir ki, pandemiya ilə bağlı  metodiki göstərişlərə ciddi əməl olunmaqla  keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib. Seçicilərlə fərdi qaydada keçirilən qəbulda onların müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib, vətəndaşlara müvafiq izahatlar verilib. Səsləndirilən digər müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirən millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. 

Qəbulda iştirak edən Ağdaş sakinləri belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək rayon və ölkə əhəmiyyətli görülən bütün işlər üçün Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.