Ermənistanda daha 4 nəfər koronavirusdan ölüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanda COVID-19-dan daha 4 nəfər ölüb. Bununla da ölkədə koronavirusdan ümumi ölüm sayı 3 056 nəfərə çatıb.

Son sutka ərzində daha 195 nəfərin virusa yoluxması ilə ümumi yoluxma sayı 166 427 nəfərə yüksəlib.