Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  742 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  255 564, ölənlərin sayı isə 3 108 nəfərə çatıb.

Virusa yoluxanlardan 245 527 nəfərin sağaldığı bildirilir.