Yaponiyada zəlzələ hadisəsi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində yer silkələnməsi baş verib. Zəlzələ Rixter şkalası ilə 5.4 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 130 kilometr dərinliyində yerləşib. Zəlzələ 4 regionda hiss edilib. Sunami təhlükəsinin olmadığı bildirilib. İtki yoxdur. Dağıntılar olduğu deyilir.