Türkiyənin İstanbul şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Hasdal-Göktürk magistralında ağır qəza olub. Belə ki, hərəkətə yön verən yol işarəsi yerindən qoparaq yolun ortasına düşüb. Nəticədə yol bağlanıb.

Buna görə də yüksək sürətlə gələn hərəkət iştirakçıları zəncirvari şəkildə toqquşub. Yolda avtomobil sıxlığı və böyük tıxac yaranıb.