Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 100 milyon 837 min 607 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 167 min 96 nəfərdir. İndiyədək 72 milyon 842 min 827 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 26 011 222 nəfər virusa yoluxub, 435 452 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 690 279 yoluxma qeydə alınıb. Onlardan 153 751 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 936 590 nəfərdə virus aşkar edilib. Xəstələrdən 218 918 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 756 931 yoluxma, 70 482 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 689 746 nəfər virusa yoluxub ki, onlardan 100 162-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.