Qırğızıstanın sabiq baş naziri Məhəmmədkalıy Abılqazıyev saxlanılıb.

Unikal.org xəbər verir ki, keçmiş baş nazir qanunsuz varlanmada şübhəli bilinir. Hazırda onunla bağlı araşdırma aparılır.

Sabiq hökumət rəhbəri bundan əvvəl istintaqa çağırılaraq sorğu-sual edilmişdi.

Qeyd edək ki, Abılqazıyev 2018-2020-ci illərdə ölkənin baş naziri olub. O, ötən il vəzifəsindən istefa verib.