Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib.

Unikal.org xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev şəxsi feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib. Bundan başqa o, 3 il sürücülükdən məhrum etmə cəzasına məruz qalıb.