Sosial şəbəkələrdə  Bakının Qaradağ rayonu ərazisində ucqar qəbirstanlıqda dəfn olunmuş şəhidlərin məzarlarını su basması ilə bağlı görüntülər paylaşılıb.

Unikal.org  xəbər verir ki, həmin görüntülərdə şəhidlərin valideynləri övladlarının məzarlarının su içində olmasından ürək yanğısı ilə şikayət edirlər. Ailələrin tələbi torpaqlarımızın işğaldan azad olunmasında payı olan şəhidlərin məzarlarının II Fəxri Xiyabana köçürülməsidir.