Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

Unikal.org xəbər verir ki, “Brand Finance” məsləhətçi şirkətinin məlumatına görə, sonrakı yerlərdə 254,2 milyard dollarla “Amazon”, 191,2 milyard dollarla “Google”, 140,4 milyard dollarla “Microsoft”, 102,6 milyard dollarla “Samsung” qərarlaşıb.

Qeyd olunur ki, 2016-cı ildən sonra məhrum edildiyi liderliyə yenidən yiyələnən “Apple” uğurlu şaxələndirmə strategiyası yürüdərək il ərzində dəyərini 87 faiz artırmağı bacarıb.