"Daxili su hövzələri və Xəzər dənizində həvəskar balıq ovu üçün heç bir qadağa yoxdur. Bu da o halda mümkündür ki, tutulan balıqların çəkisi 5 kq-dan artıq olmamalıdır".

Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, balıq böyük həcmdədirsə burada məhdudiyyət var: “İlin əvvəlində müəyyən məqsədlər üçün olan balıq ovu üçün də kvotalar verilir”.