Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə Şirvan Şəhər Təcili Yardım Stansiyasının həkimlərinin əməkhaqlarını ala bilmədikləri ilə bağlı etiraz aksiyası keçirmələrinə münasibət bildirib.

Qurumdan Unikal.org-a verilən məlumata görə, bununla bağlı müraciət araşdırılacaq və qanunamüvafiq tədbir görüləcək.