UNEC-in SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva dünyanın 2-ci ən böyük onlayn platforması olan EC 21 təşkilatına ekspert qismində dəvət edilib.

Unikal.org xəbər verir ki, Cənubi Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitunun (Koreya İnstitute for İnternational Economic Policy) EMERİCs layihəsini təmsil edən və Cənubi Koreyada 1-ci, dünyada isə 2-ci olan B2B on-line platforması olan EC21 təşkilatı əsasən Koreyanın dövlət institutları və 300-dən çox KİV-lə əməkdaşlıq edir. Təşkilatın əsas fəaliyyəti dünyanın iqtisadçı alimlərin tədqiqatları və araşdırmalarıdır. Həmin təşkilata ekspert alimlər beynəlxalq səviyyəli məqalələrinə və apardıqları tədqiqatlara əsasən seçilirlər.