TƏBİB Azərbaycanın COVİD-19-a qarşı vaksinasiyanın aparılması üçün Çin peyvəndlərini hansı səbəbdən seçdiyini açıqlayıb.

TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil:

"Diqqət yetirməli olduğumuz məqam peyvəndin hansı üsulla istehsal olunmasıdır. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir".

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovac" vaksininin vurulmasına start verilib.