Ötən il körpələrə ən çox verilən adlar açıqlanıb.

Unikal.org  xəbər verir ki, Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında bu haqda açıqlama verilib.

Bildirilib ki, ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı qoyulub. Ötən il körpələrə ən çox verilən qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələk olub.