Çində partlayış hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin şimal-şərqində yerləşən Liaoninq əyalətində olub. Belə ki, əyalətin Dalian şəhərində təbii qaz boru xəttində partlayış baş verib.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.Həmçinin ətraf ərazilərdə böyük dağıntı meydana gəlib. Onlarla maşın yararsız vəziyyətə düşüb. Hazırda partlayışın səbəbləri araşdırılır.