Çindən Türkiyəyə daha 6.5 milyon dozalıq vaksin gəlib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, vaksin partiyası artıq Türkiyəyə çatıb.

Bu vaksin partiyası Çindən Türkiyəyə koronavirusa qarşı vaksinlərin ikinci idxalının ilk partiyasıdır. Ümumilikdə 10 milyon dozalıq vaksini əhatə edən idxalın daha 3.5 milyon dozalıq hissəsi də tədarük ediləcək.