ABŞ-ın Virciniya ştatında dəhşətli qətl hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, 25 yaşlı Oreanna Myers adlı qadın ikisi ögey olmaqla 5 övladını  silahla qətlə yetirib. Daha sonra izi itirmək üçün evi yandırıb. Bundan əlavə 25 yaşlı qadın ərazidən uzaqlaşdıqdan sonra parkların birində silahla intihar edib.  

Polislər cani qadının üzərindən intihar məktubunu tapıblar. Məktubda "Bu heç kimin günahı deyil. Şeytan mənə qalib gəldi" yazısını qeyd edən qadının psixoloji problemləri olduğu bildirilib. 

Lakin qadının əri və qohumları tərəfindən mənəvi zorakılıq görüldüyü bəlli olub. Hadisənin baş vermə səbəbi araşdırılır. 

5 çocuğunu öldürüp evi ateşe veren kadın canına kıydı, geride bıraktığı not tüyler ürpertti