Ukraynada yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi sabahdan ləğv edilir.

Unikal.org xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Məlumata görə, Ukraynada martın 31-dək yumşaldılmış karantin davam edəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzlərinin, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, eləcə də kütləvi tədbirlərin keçirilməsinə icazə veriləcək.

Yeni qaydalara əsasən, ölkə üzrə Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.