Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı "Tvitter" hesabında paylaşım edib.

Unikal.org xəbər verir ki, paylaşımda deyilir:

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa yönəlmiş qlobal təhsilə təkcə COVID-19-a görə ziyan vurulduğu halda, Azərbaycandakı şagirdlər və müəllimlər Ermənistanın hücumuna da məruz qalıb. Nəticədə 20 təlimçi və 10 məktəbli öldürülüb, 16 nəfər yaralanıb və 60 məktəb dağıdılıb".

BMT-nin qərarına əsasən, yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır.