“Məktəbdənkənar fəaliyyət həm idman, həm də yaradıcılıq fəaliyyətindən ibarətdir. Pandemiya şəraiti imkan verərsə, həmin fəaliyyətə də müəyyən say və qaydalar gözlənilməklə baxıla bilər. Bunu da yaxın həftələrdə elan etməyi nəzərdə tuturuq”.

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

“Biz vaksinasiyanın tərəfində olan qurumuq. Növbə bizə çatanda özümüz və müəllimlərimizin vaksinasiya olunmasını gözləyirik. Vaksinasiyanın nə vaxt olunacağı ilə bağlı isə heç nə deyə bilmərəm”, - nazir əlavə edib.