Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı inzibati xətanın törədilməsinə görə bir şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.

Unikal.org xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcxəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, şəxs İXM-in 346-cı maddəsində (dayanma və ya durma qaydalarının pozulması) nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Dəyişiklik layihəsi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.