Ötən il karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, onlardan 674 nəfər barəsində cinayət işi başlanılıb.

Həmin şəxslərdən 46 nəfər cinayət məsuliyyətə cəlb olunub, qalanları barəsində isə istintaq araşdırması aparılır.